Masallıda yollar xətkeş və fırça ilə rənglənir?

Masallı rayonunun Boradigah qəsəbəsinin Mollaoba kəndində məktəbin qarşısındakı piyada zolağının texnika ilə deyil, xətkeş və fırça istifadə etməklə əllə rənglənməsi müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin rəsmi "Facebook" səhifəsində paylaşılan fotoya yazılan şərhlərdə yolun təmirinə lazımi vəsait ayrılmaması, əl əməyindən istifadə olunması tənqid olunub. Tənqid və müzakirələrə səbəb olan foto sonradan İcra Hakimiyyətinin səhifəsindən silinib.

Masallı Rayon İcra Hakimiyyəti bildirib ki, rəngləmə işi icra hakimiyyəti tərəfindən deyil, kənd sakinləri tərəfindən həyata keçirilib: "Piyada zolağının rənglənməsi ilə bağlı DİN-in Siqnal İdarəsinə müraciət olunmuşdu, onlar gəlib həmin ərazidə rəngləmə işləri aparacaqdılar. Lakin vətəndaşlar tələsiblər və özləri bu işləri həyata keçiriblər. Biz də görülən işlə bağlı paylaşım etmişdik. Adətən, həmişə rayon ərazisində yollar texnika ilə rənglənir", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR