Baydenin Ukrayna səfəri Kremlin narazılığına səbəb oldu -

"ABŞ prezidenti Coi Baydenin Ukraynaya gözlənilmədən səfəri, Kiyevə sarsılmaz siyasi-hərbi dəstəyin verilməsini ifadə edir".

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib.

"Baydenin Ukraynaya səfəri üc əsas məqamı özündə əks etdirir. Birinci, ABŞ Ukraynaya siyasi - hərbi dəstəyi davam etdirəcək. Bura ağır silahlar və aviasiya da daxildir. İkinci Bayden Avropanı tam olaraq Ukraynaya dəstək verməyə sövq etmək istəyir. Üçüncü, Ukrayna sona kimi gedərək Krımı da işğaldan azad edəcək. Bununla da müharibənin yeni mərhələsi başlayacaqdır".

Politoloq qeyd etdi ki, müharibənin taleyi bundan sonra bəlli olacaq.

"Rusiya prezidenti Vladimir Putinin Federasiya şurasına müraciəti olacaq. Ümumiyyətlə, bu səfər Moskva üçün arzuolunmazdır və Kreml bu səfəri gözləmirdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR