Bayden niyə Kiyevə getdi? -

"Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. O hesab edir ki, Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var.

"Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Volodimir Zelenskini əks-hücuma həvəsləndirəcək. Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib".

Qeyd edək ki, Bayden Zelenski ilə görüşündən sonra verdiyi açıqlamada bildirib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri Kiyevə 700-ə yaxın tank və “minlərlə” digər zirehli texnika verəcəklər.

“Biz hamımız 700-ə yaxın tank və min zirehli texnika, min artilleriya sistemi, iki milyondan çox artilleriya mərmisi, 50-dən çox təkmil reaktiv yaylım atəşi sistemi, və hava hücumundan müdafiə sistemi tədarük etməyi öhdəmizə götürmüşük.

Bayden qeyd edib ki, bu silah tədarükü Ukraynanın müdafiəsini təmin etmək üçün lazımdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR