ABŞ-ın yalançı olduğunu Blinkenin üzünə dedi -

Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, Blinken bildirib ki, ABŞ Türkiyənin cənub sərhədi ilə bağlı təhlükəsizlik narahatlığını anlayır və ümid edir ki, Türkiyə də ABŞ-ın İŞİD-lə bağlı narahatlığını anlayır. Bu sözlərə isə Çavuşoğlu sərt cavab verib. O deyib:

"Hər zaman terror təşkilatı ilə əməkdaşlıq etməyin yanlış olduğunu deyirik. Ona görə də YPG-yə dəstək verməyi doğru görmürük. PKK-nın İŞİD-lə mübarizə apardığı barədə iddianın doğru olmadığını hər zaman sübut etmişik”.

Qeyd edək ki, Türkiyədəki zəlzələrdən sonra Entoni Blinken bölgəyə səfər edib. O, zəlzələ bölgəsindəki vəziyyətlə yerində tanış olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR