Stiven Cerrard Avropa nəhənginin baş məşqçisi olur

PSJ klubunun uğursuz çıxışlarından sonra rəhbərlik yeni baş məşqçiləri nəzərdən keçirir.

Metbuat.az “Daily Express”ə istinadən xəbər verir ki, PSJ rəhbərliyi Stiven Cerrardın baş məşqçi postuna gətirilməsini nəzərdən keçirir. Məlumata görə, PSJ rəhbərliyi klubun oyunundan razı deyil və Kristof Qaltieni istefaya göndərə bilər. Bir sıra məşqçilərdən rədd cavabı alan PSJ-nin digər namizədi isə Joze Mourniyodur. Lakin portuqaliyalı mütəxəssisin hazırda “Roma”dan ayrılacağı gözlənilmir.

Qeyd edək ki, Stiven Cerrard “Qlazqo Reyncers”i Şotlandiya çempionu edib. Ardınca “Aston Villa”ya təyinat alan Cerrard İngiltərədə istənilən uğuru qazana bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR