Məşhur filmin çəkildiyi məktəbin direktoruna şiddətli töhmət verildi -

Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib: "Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib. Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək".

Xatırladaq ki, 49 nömrəli "İntellekt" məktəb-liseyin direktoru Təhminə Əsədovadır.

Onu da qeyd edək ki, "Bizim Cəbiş müəllim" filmi 49 saylı məktəbdə çəkilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR