Hacıqabul-Horadiz avtomobil yolunda qəza -

Bu gün səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər sərnişin ağır xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR