“Zelenski olmasaydı da Putin Ukraynaya hücum edəcəkdi”

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin bir ili tamam olur. Ekspertlər müharibənin qlobal və regional təhlükəsizik sistemində ciddi dəyişikliklərə səbəb olduğunu bildirir.

Bəs Rusiyanın hansı tələbi yerinə yetirilsəydi Kreml bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdı?

Metbuat.az xəbər verir ki, suala cavab olaraq Politolq Elxan Şahinoğlu bildirdi ki, Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi.

"Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi Vladimir Putin hücum əmri verdi. Yaxşı, bəs onda Ukraynanın əvvəlki hakimiyyəti nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Petro Poroşenko qalib gəlsəydi Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi".

Politoloq hesab edir ki, Putinə görə ruslar və ukraynalılar eyni millətdir və ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməli idi.

"Ukraynada prezident Volodimir Zelenski deyil, qeyrisi də olsaydı Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu da xalqı devirdi".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR