“5-6 mərtəbədən yüksək binaları qadağan etmək lazımdır”

“Əvvəllər çox ciddi nəzarət olsa da təəssüf ki, hazırda Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar tikilir. Düşünürəm ki, 5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır”.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikiləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputat vurğulayıb ki, binalar seymsik izalyatorlar əsasında tikilməli, mövcud binalara bu avadanlıqlar yerləşdirilməlidir: “Binalar tikilir və vətəndaşların öhdəsinə verilir ki, evlərini təmir etsinlər. Təmir nəticəsində çoxlu qanun pozuntularına rast gəlinir. Lazımi sütunlar vətəndaşlar tərəfindən yararsız vəziyyətə salınır. Bina tikən şirkətlər tam təmirli formada binaları sakinlərə verməlidirlər. Bu məsələlərə nəzarət etməsək, Azərbaycan, xüsusilə Gəncə ərazisində böyük fəlakətin olma ehtimalı var. Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələyə nəzarəti artıracaqlar. Daha çox pul qazanmaq üçün vətəndaşlarımızı təhlükəyə atmayacaqlar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR