"Almaniya Polşa ilə birlikdə hərbi təlimlər keçirməyi planlaşdırır" -

"Berlin NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Polşa və ABŞ ilə birgə təlimlər keçirməyi planlaşdırır.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bu açıqlamanı Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. O xatırladıb ki, ABŞ Dövlət Departamenti alyansın bu sərhədinin qorunmasının vacibliyini ifadə edib.

Tərəflər müvafiq manevrləri Polşa ərazisində həyata keçirmək istəyirlər. Pistorius ABŞ və Polşa ilə birgə planlar barədə əlavə təfərrüatlar açıqlamayıb.

"Şimali Atlantika Alyansı hazırda ötən il fevralın 24-nə nisbətən daha güclü formadadır. Şərqi Avropa ölkələri üçün Almaniyanın Avropanın ən mühüm üzvü olduğunu görmək vacibdir. Qeyd etmək istəyirəm ki, alyans və ABŞ transatlantik tərəfdaş kimi öz müdafiə öhdəliklərini yerinə yetirməkdə davam edirlər”, - deyə Pistorius bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR