Bayden qərarını dəyişir?

ABŞ prezidenti Co Bayden siyasi fəallığını artırıb. Ağ Ev sahibi bu ay Konqresdə çıxış edərək, amerikalıları narahat edən mövzular barədə fikirlərini bildirib. Bayden çıxışının əsas hissəsini daxili problemlərə həsr edib. Bayden inflyasiya ilə mübarizənin vacib olduğunu söyləyib. Co Bayden Amerikada yanacağın qiymətinin yüksək olmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib.

Metbuat.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir. Məqalədə qeyd edilir ki, Bayden xarici təhlükələrdən danışarkən, Çinə daha çox vaxt ayırıb:

“Onun çıxışında Rusiya-Ukrayna müharibəsi Çin təhlükəsi qədər yer almayıb. Buna baxmayaraq, Bayden Ukrayna qələbə qazana qədər Kiyevi dəstəkləyəcəyini bildirib. Təsadüfi deyil ki, Baydenin Konqresdəki çıxışını dinləmək üçün Ukraynanın ABŞ-dakı səfiri parlamentə dəvət edilib. Bayden mövzunun davamı kimi Kiyevə səfər edib, Ukraynaya dəstəyini artırdığını bildirdi.

ABŞ-da növbəti prezident seçkisi 2024-cü ildə keçiriləcək. Bayden seçkiyə qatılıb-qatılmayacağı barədə hələ qərar verməyib. 80 yaşlı Bayden üçün növbəti prezident seçkisi kampaniyası çətin olacaq. Seçkidə iştirak etmək üçün mükəmməl səhhətə malik olmalıdır. Bayden haqda bunu söyləmək çətindir, onun yaddaş problemləri var. Konqresdə çıxış edərkən senator Çak Şumeri “Senatdakı azlığın lideri” adlandırıb. Halbuki ötən ilin noyabr seçkilərinin nəticələrinə görə, Şumer çoxluğun lideridir”.

Mərkəzin ekspertlərinin qənatinə görə, Baydeni Çinin artan qüdrəti narahat edir:

“ABŞ prezidenti deyib ki, Çin iqtisadi və hərbi gücünü o Ağ Evə gəlməmişdən əvvəl artırıb. Yəni Baydenin sözlərindən belə çıxır ki, guya Ağ Evdə daha əvvəl olsaydı, Çinin gücünün artmasına mane olardı. Halbuki ondan əvvəlki prezident Donald Tramp Çinə qarşı mübarizədə Baydendən daha sərt addımlar atmışdı. Tramp Çinə qarşı sanksiyalar tətbiqini gücləndirmişdi.

Buna baxmayaraq, Bayden Çinin ABŞ-ı üstələməyəcəyini bildirib. Onun bu sözləri Konqresdə həm Demokratlar, həm də Respublikaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Ancaq Çini dayandırmaq çətin vəzifədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR