Lavrovun Bakı səfəri:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri 2022-ci il fevralın 22-də Moskvada müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsinin imzalanmasından bir il sonra ötən mərhələyə nəzər salmaq, qarşıdakı hədəfləri müəyyənləşdirmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Müsahibimiz vurğuladı ki, bir il ərzində istər regional, istərsə də qlobal miqyasda çox mühüm hadisələrin baş verdiyini nəzərə alsaq Lavrovun bu səfərindən sonra bir çox məsələlərə aydınlıq gələ bilər.

Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

İlyas Hüseynov

“Bəyannamənin imzalanmasından bir qədər sonra başlayan Rusiya-Ukrayna müharibəsi həm də beynəlxalq mənzərəni dəyişdirdi. Tədarük zəncirində olan problemlər, qiymətlərin qalxması, inflyasiyanın yüksəlməsi və enerji daşıyıcılarına olan tələbatın ən pik həddə olması, həm də birbaşa olaraq bizim regionumuza təsir edən amillərdir. Məhz bu baxımdan Rusiya XİN rəhbərinin səfəri mövqelərin öyrənilməsi, Ermənistanın sülh əleyhinə olan pozuculuq niyyətlərinə qarşı fikrin ortaya qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Lavrovun Bakıya gəlişinin son vaxtlar Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik fonunda mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən analitik hesab edir ki, Rusiya Azərbaycanın mövqeyinə hörmətlə yanaşır.

Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb -

“Biz geosiyasi planda qeyd etməliyik ki, Ermənistan ciddi şəkildə Rusiyaya qarşı demarş həyata keçirir. KTMT-nin missiyasından imtina edən rəsmi İrəvan öz ölkəsində çox rahat formada Avropa İttifaqı missiyasını qəbul edir və bu missiya həm də daha uzun müddətə və geniş tərkibdə fəaliyyət göstərəcək. Məhz bu baxımdan Rusiya Azərbaycanın mövqeyini görür, xüsusi diqqətlə yanaşır. Çünki biz hər hansısa güc mərkəzinin ölkəmizdə qalmasının əleyhinəyik. Azərbaycan regionda da bu cür qüvvələrin olmasını təhdid kimi görür. Düşünürəm ki, bu istiqamətdə Sergey Lavrovla çox mühüm müzakirələrin keçirilməsi nəzərdə tutulur”.

İki günlük nəzərdə tutulan səfər çərçivəsində dünən fevralın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutdu. Tərəflər arasında baş tutan müzakirələrdə ötən ilin Azərbaycan-Rusiya münasibətlərində çox dinamik xarakteri ilə əlamətdar olduğu vurğulandı. Öz növbəsində Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyir.

Azərbaycan və Rusiya XİN rəhbərlərinin geniş tərkibli görüşü başlayıb

Bu müzakirələri olduqca məhsuldar hesab edən İlyas Hüseynov qeyd etdi ki, dövlət başçısı Ermənistan -Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində Rusiyanın vasitəçilik mövqeyini yüksək qiymətləndirib.

“Görüşdə xüsusilə Ermənistanın destruktiv mövqeyi və Azərbaycanın Laçın yolunda sərhəd buraxılış məntəqələrinin qurulması ilə bağlı təklif də düşünürəm ki, geniş müzakirə predmetinə çevrilmişdir. Lakin biz səfərdən sonrakı dönəmdə ali səviyyədə keçirilən görüşün baş tutub-tutmayacağını görəcəyik. Məhz bundan sonra Azərbaycanın tələblərinin bu və ya digər formada reallaşması üçün bu səfərin nəticələrini yenidən nəzərdən keçirə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR