Azərbaycanda yüksək vəzifəli şəxs arvadına qarşı şiddət göstərib? -

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşı N.Hüseynova ərinin ona şiddət göstərdiyini iddia edərək mediaya müraciət edib.

Metbuat.az xəbər verir ki, N.Hüseynova bildirib ki, onlar 7 ildir evlidirlər və 2 azyaşlı övladları var:

"İl yarımdır ki, Ceyhun Hüseynov evə gəlmir, əxlaqsız qadınlarla yaşayır. Hər dəfə evə gələndə mənə işgəncə verir. Axırıncı dəfə bu ilin fevralın 21-də axşam saatlarında evə gəlib, uşaqlarını dostu Mübarizlə apardılar. Qayıtdıqdan sonra dövlətin ona verdiyi silahı zorla mənim başıma dirədi və "sənə xəyanət etmişəm" sözlərini deməyimi bildirdi. Həmin görüntüləri dostu Mübariz çəkdi. Həmin gecə saatlarla mənə fiziki zorakılıq göstərdi. Uşaqları yenidən evə gətirdi və özü getdi".

O qeyd edib ki, fevralın 22-də Ceyhun evə gəlib və uşaqları ondan alıb. N.Hüseynova uşaqlarından xəbər ala bilmədiyini deyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, artıq bu məsələ ilə bağlı araşdırma aparılır.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR