4 kosmonavt Beynəlxalq Kosmik Stansiyaya uçdu

ABŞ-ın kosmik gəmi və raket istehsalçısı SpaceX şirkəti, ABŞ Aerokosmik Agentliyinin (NASA) missiyası üçün 4 nəfərlik ekipaj üzvünü daşıyan raketi Beynəlxalq Kosmik Stansiyaya daşıyıb.

Metbuat.az xəbər verir ki, missiya “Crew-6” layihəsi çərçivəsində həyata keçirilib. Buraxılış NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Falcon 9 raketi ilə həyata keçirilib. Yerli vaxtla saat 00:34-də baş tutan uçuş zamanı səma işıqlandırılıb. Raketin buraxılışı texniki nasazlıq səbəbindən əvvəlki cəhdin ləğvindən 72 saat sonra baş tutub. Ekipaj üzvləri arasında rus kosmonavt və Birləşmiş Ərəb Əmirliklərindən olan bir astronavt var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR