Dünən yaxınını itirən Hacı Surxay Hacı Şahindən danışdı -

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər şurasının üzvü hacı Surxay Məmmədliyə ağır itki verib.

Metbuat.az xəbər verir ki, onun bacısı oğlu Kərbəlai Əlamət qəfil vəfat edib.

Hacı Surxay həmçinin bu gün vəfat edən Hacı Şahin Həsənlinin ölümü ilə bağlı Xəzər Xəbər-ə danışıb. O qeyd edib ki, bu xəbər onun üçün çox ağır olub:

"Hacı Şahinin ölümündən sonra bacımın oğlunun ağrı-acısı yadımdan çıxdı. Ürək çatışmazlığı deyilir. Mən də dəqiq bilmirəm. 15 ildir ki, dost idik. Son aylarda tez-tez görüşərdik. Hər zaman deyirdi ki, Hacı hər yaxşı olacaq. Bu gün çox ağladım. 3 gün öncə mənə dedi ki, qızım, onun təhsili üçün çalışıram. Qoy Azərbaycan xalqına yararlı övlad olsun. Mən indi anlayıram ki, o, niyə gücə-gündüz çalışırdı. Demə, ömrü az imiş. Allah rəhmət eləsin. Azərbaycan xalqı həqiqətən böyük bir din alimi itirdi. Başımız sağ olsun!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR