Baş nazirin yeni işçisi gündəm oldu -

Rumıniyanın Baş naziri Nikolae Ciuca özünün süni intellektlə işləyən yeni məsləhətçisini təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə o nazirlər kabinetində açlıqlama verib. Nikolae Ciuca süni intellektlə dəstəklənən robotunu nümayiş etdirib. Böyük şüşə ekrandan ibarət rəqəmsal interfeysə malik robot rumıniyalı tədqiqatçılar tərəfindən hazırlanıb. Ciuca, robotun dünyada süni intellektlə işləyən ilk hökumət müşaviri olduğunu deyib.

"Mən hesab edirəm ki, süni intellektin istifadəsi seçim yox, daha çox məlumatlı qərarlar qəbul etmək zərurətinə çevrilməlidir" - Nikolae Ciuca bildirib.

Ciuca sistemi işə salandan sonra İon adlı robot deyib:

"Salam, mənə həyat verdin və mənim rolum indi səni təmsil etmək üçün güzgü kimidir. Rumıniya haqqında nə bilməliyəm?"

Robotun dizaynını həyata keçirən qrupun rəhbəri olan Nicu Sebe, İonun bəzi ərazilərə yerləşdiriləcəyini və vətəndaşların tələblərini robota çatdıra biləcəklərini bildirib. Sebe həmçinin İon üçün xüsusi internet saytının hazırlandığını, proqramın burada və sosial mediada göndərilən fikir və sorğuları qeyd edəcəyini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR