Paylaşımı diqqət çəkdi:

"Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək ? Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda məhv olur həyatı?"

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri öz sosial şəbəkə hesabında yazıb:

"Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başın aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər özlərini qadınlardan üstün hesab edəcək, qadınlar bəyənilmək üçün dəridən qabıqdan çıxacaq, yaşlananda qadınları gənclərlə əvəzləyəcək qoca kişilər, nə vaxtacan ərdə olmaq prioritet hesab olunacaq? Nə vaxta kimi qadınları beldən aşağı, namus və qeyrətlə əzəcəklər? Belə cəmiyyət kimə xeyir gətirir? Hamı kompleksli, hamı travmalı, psixiatrik xəstəxanadayıq sanki. İnsanlar o qədər cılızlaşır ki get-gedə…", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR