Bakıda təkərdoldurma məntəqəsində partlayış -

Binəqədi rayon prokurorluğu təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

Prokurorluqdan Metbuat.az-a bildirilib ki, baş vermiş partlayışla əlaqədar prokurorluqda arşdırma aparılır.

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR