Bakıda silahlı hücumda nə qədər pul ələ keçirilib? -

Xətai rayonunda "Bravo" hipermarketdə baş verən silahlı insident zamanı 110 min manat pul oğurlandığı iddia edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Axar.az-ın özəl mənbədən əldə etdiyi xəbərdə bildirilib.

Qeyd edək ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.Polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR