Çempionlar Liqası:

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, gecənin maraq doğuran matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə qalib gələn "Bavariya" bu dəfə rəqibini Münhendə 2:0 hesabı ilə məğlub edib və 1/4 finala yùksəlib.

Digər görüşdə isə İtaliya "Milan"ı İngiltərədə "Tottenhem"lə mübarizə aparıb. Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan "rossonyerlər" səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala adlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR