"Zirə" futbolçulara, "Qaradağ Lökbatan" məşqçisinə görə cəzalandırılıb

AFFA İntizam Komitəsi I Divizionun XX turunun oyunlarında baş verənlərə hüquqi qiymət verib.

Metbuat.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "Zirə-2"nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi 80 manat məbləğində cərimələnib.

"Zaqatala" "Neftçi-2" ilə matçda PFL-in himnini səsləndirməyinə görə 80 manat ziyana düşüb. Bölgə klubunun oyunçusu Valeh Qəhrəmanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 matçlıq cəza alıb. "Zaqatala" bunun üçün də əlavə 320 manat ödəyəcək.

MOİK-in futbolçusu Rüstəm Rüstəmov "Kəpəz-2" ilə qarşılaşmada birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb, klub 160 manat məbləğində cərimələnib.

"Səbail-2"nin dörd üzvü "Qarabağ-2" ilə görüşdə sarı vərəqə alıb. "Dənizçilər" buna görə 80 manat ödəməli olacaq.

"İmişli" və "Qaradağ Lökbatan"a da eyni məbləğdə cərimə tətbiq olunub. Tərəflər arasında keçirilmiş matçda bölgə təmsilçisindən 5, paytaxt klubundan 4 oyunçu sarı vərəqə ilə cəzalanıb.

Bakılıların məşqçisi Rafael Əmirbəyov görüşdən sonra baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 1 oyunluq cəzalanıb və klubu 80 manat ziyana salıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR