Sahibə Qafarova Bəhreynə işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti martın 10-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, Manama Beynəlxalq Hava Limanında nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Nümayəndələr Palatasının sədri Əhməd bin Salman Əl-Musalam, Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxışı gözlənilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR