Astarada qadın keçmiş əri tərəfindən öldürülüb

Astarada 30 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hadisə rayonun Maşxan kəndində baş verib. 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən kəsici deşici alətlə öldürülüb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR