“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm” -

“2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilməyim ölkəni Üçüncü Dünya müharibəsindən xilas edəcək”.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ayova ştatında tərəfdaşlarının mitinqində çıxışı zamanı deyib. “Mən sizin qarşınızda bunu vəd edə biləcək yeganə namizəd qismində dayanıram – mən Üçüncü Dünya müharibəsinin baş verməsinin qarşısını alacam, çünki bu müharibənin olacağına inanıram. Biz hazırkı administrasiya ilə Üçüncü Dünya müharibəsinə gəlib çıxacağıq, çünki onlar düzgün danışmağı, doğru siqnallar göndərməyi bilmirlər”, - deyə Tramp qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR