FIFA DÇ-2026-nın formatını təsdiqləyib

FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının formatını təsdiqləyib.

Metbuat.az "Sky News"a istinadən xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda 48 milli komanda mübarizə aparacaq.

İddiaya görə, qərar ali futbol qurumunun Şurasının Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul olunub.

Yeniliyə əsasən, yığmalar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünəcək. Qrupu ilk 2 sırada tamamlayanlar, həmçinin, 3-cü yeri tutan ən yaxşı 8 kollektiv 1/16 finala vəsiqə qazanacaq.

Bununla da dünya çempionatında oyun sayı 64-dən 104-ə çatdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR