Aİ komissarı: “Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”

“Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”.

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Avropa Parlamentinin plenar iclasında deyib.

O əlavə edib ki, tərəflər substantiv dialoqa qayıtmalıdırlar, çünki bir çox mühüm məsələlər hələ də həllini gözləyir: “Aİ Ermənistan və Azərbaycan arasında dialoqa fəal şəkildə töhfə verir. Biz ümumi məqsədə - Cənubi Qafqazda təhlükəsizliyin, firavanlığın və sülhün bərqərar olmasına nail olmaq üçün etibarlı vasitəçi roluna sadiq qalırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR