Novruz bayramı ilə əlaqədar bu işçilərə pul mükafatı veriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

Əmrə əsasən, universitetin əməkdaşlarına əməkhaqlarının 20 faizi dəyərində pul mükafatı veriləcək.

Qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə hər il bayramlarda və xüsusi günlərdə pul mükafatı verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR