Məşhur restoranların sahibləri

Bakıda fəaliyyət göstərən “Planet”, “Xarı Bülbül”, “Ay işığı”, “Su səsi” və “Manisa Palace” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Metbuat.az-a verilən məlumata görə, faktlarla bağlı obyekt sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərinə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nazarət tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR