Nübar Əbil “Space”dən buna görə ayrılıb -

“Kanalın yeni konsepsiyası ilə mənim yolum üst-üstə düşmür”.

Metbuat.az xəbər verir ki, bunu “Space” TV ilə yollarını ayıran tanınmış aparıcı Nübar Əbil Yenicag.az-a açıqlamasında deyib.

“Space”dəki dəyişikliyi hamı bilir. Kanal özünə yeni konsepsiya seçir, yeni rəhbərlik o konsepsiyanı icra edəcək. Sırf komedik verilişlər olacaq, komediya janrında davam edəcək. Mənim layihələrim “Milli səs” və “Bir axşam səhnədə” idi. “Milli səs”in erkən finalı oldu, axşam şousu olan o biri verilişimin də yayımı dayandırıldı. Mən də özümü o konsepsiyada görmədiyim üçün kanaldan ayrıldım. Yəni kanalın yeni konsepsiyası ilə mənim yolum üst-üstə düşmür”.

Aparıcını yaxın günlərdə hansısa telekanalda görəcəyikmi?

Aldığımız cavab belə oldu:

“İşdən getməyim hansısa bir kanala dəvət almağımla əlaqədar deyil. Səbəbi açıqladım. Novruz bayramından sonra gələn təklifləri dəyərləndirəcəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR