Pensiya islahatı Makronu devirir

Fransa hökuməti mübahisəli pensiya islahatını Milli Assambleyada qəbul etdikdən sonra respondentlərin 71 faizi hökumətin istefasını istədiklərini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın araşdırma təşkilatı olan “Harris Interactive” sorğu keçirib. Yaşı 18-dən yuxarı olan 1002 nəfərin iştirak etdiyi onlayn sorğuda respondentlərin 82 faizi, pensiya islahatına etiraz edib. Sorğuda iştirak edənlərin 49 faizi prezident Emmanuel Makronun partiyasını dəstəkləyənlər olub. İştirakçıların 65 faizi tətil və nümayişlərin davam etməsini istəyir. Sorğu nəticəsində məlum olub ki, müxalifət etimadsızlıq təklifini irəli sürərsə fransızların 71 faizi onun qəbul edilməsini və hökumətin istefasını tələb edəcək.

Qeyd edək ki, baş naziri Elizabet Borne Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini əsas tutaraq pensiya islahatı ilə bağlı qanun layihəsini parlamentdə səsverməyə çıxarmadan qəbul edib. Sənəddə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR