Finlandiyaya dair protokol Türkiyə parlamentinə təqdim olundu

Finlandiyanın NATO-ya üzvlüyünə dair protokol Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədi imzalayaraq Türkiyə parlamentinə təqdim edib. Eyni zamanda, sözügedən protokolun təsdiqlənməsinə uyğun olduğuna dair qanun təklifi parlamentin Xarici işlər komissiyasına həvalə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR