Bu ölkədə güclü zəlzələ baş verdi

Əfqanıstanda 6,5 bal gücündə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanın episentri İşkaşım şəhərindən 47 kilometr cənub-qərbdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Zəlzələnin Özbəkistanda da hiss olunduğu bildirilib. Qorxuya düşən Daşkənd sakinləri küçələrə axışıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR