"Turan Tovuz" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

Metbuat.az xəbər verir ki, klub panamalı Roderik Millerlə anlaşılıb.

31 yaşlı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Qeyd edək ki, Roderik Miller 31 dəfə Panama millisinin formasını geyinib.