Sumqayıtda şam ağacı qəfil alovlandı -

Dünən axşam saatlarında Sumqayıt şəhər Heydər Əliyev prospekti 9-cu məhəllədə yanğın olub.

Metbuat.az xəbər verir ki, nəticədə üçmərtəbəli yaşayış binasının qarşısında ərazidə şam ağaclarından biri qəfildən yanıb. Alov digər 2 ağaca da keçib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə briqadası tərəfindən söndürülüb.

Üçmərtəbəli yaşayış binası yanğından mühafizə olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR