Arkanzas ştatına tornado ciddi zərər vurdu

ABŞ-ın Arkanzas ştatını vuran nəticəsində ən azı 600 nəfər xəsarət alıb .

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, tornado ştatın mərkəz o cümlədən Arkanzasın ən sıx əhalinin məskunlaşdığı şəhəri - "Little Rok" və onun ətrafına daha çox zərər vurub. Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat verilmir.

Arkanzas qubernatoru Sara Sanders ştatda fövqəladə vəziyyət elan edib və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Milli Qvardiyanın qüvvələrini səfərbər edib.

Hadisə nəticəsində ştatda 70 mindən çox ev işıqsız qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR