Sərdar Ortaçın Bakı konsertində maraqlı anlar -

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç Bakıda konsert verib.

Metbuat.az xəbər verir ki, Sərdar Ortaçın Bakı Konqres Mərkəzində baş tutan konsertində maraqlı anlar yaşanıb.

İfaçı konsert proqramında "Bilsem ki" mahnısını ifa edərkən səhnəyə rəqs etməyə cütlük dəvət edib. Bir il münasibətdə olan bəy rəqsdən sonra nişan üzüyünü və gülü sevgilisinə təqdim edərək ona evlilik təklif edib.

Xanım evlilik təklifinə "Hə" cavabı verib.

Sözügedən görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR