Azərbaycan Premyer Liqasında XXIX turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqasında XXIX turun görüşlərinə hakim təyinatları açıqlanıb.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə keçiriləcək "Qəbələ" - "Zirə" matçı Tural Qurbanova tapşırılıb.

İkinci gün baş tutacaq "Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rauf Allahverdiyev, "Səbail" - "Sabah" görüşünü İnqilab Məmmədov idarə edəcək.

Nəhayət, "Qarabağ" - "Kəpəz" oyunu Emin Əliyevə, "Turan Tovuz" - "Şamaxı" matçı isə Rəvan Həmzəzadəyə həvalə olunub.

Azərbaycan Premyer Liqası
XXIX tur

7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

8 aprel (şənbə)

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.

17:30. “Səbail” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.

9 aprel (bazar)

18:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.

16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR