MN tərəfindən 29 min ha ərazi minalardan təmizlənib

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin (MN) mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi minalardan təmizlənib.

Metbuat.az xəbər verir ki, bu barədə MN-in təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün təşkil edilən media-turda bildirilib.

Qeyd olunub ki, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR