​Peşəkar trixoloq Xatirə Şirəliyeva öz sahəsinin ən yaxşısı seçildi

Dermatologiyanın bir sahəsi kimi trixologiya saç xəstəliklərini öyrənir. Saç tökülməsi stress, yanlış qidalanma yuxusuzluqdan doğan daxili xəstəliklər fonunda özünü büruzə verir. Saç canlıdır və orqnizmdə baş verən daxili proseslərin xarici təcəssümüdür.

Saç tökülmələri adətən orqanizmdəki gizli səbəblərin göstəricisidir. Bu səbəbləri aşkarlamaq və düzgün müalicə üsulu seçmək isə trixoloqun öhdəsinə düşür. Saç xəstəliklərinin müayinə və müalicəsini uğurla həyata keçirən trixoloq Xatirə Şirəliyeva 10 ildən çoxdur ki, bu sahədədir.

Rəssam ailəsində anadan olmağına baxmayaraq uşaqlıqdan həkimliyə həvəs göstərir və arzularının arxasınca gedir. O, Sumqayıt şəhərində fəaliyyət göstərən Trixomed Trixoloji ve Estetik Centerin təsisçisi və baş həkimi, eyni zamanda Bakıda yerləşən Medaura klinikasının həkim-trixoloqudur. Xatirə Şirəliyeva bütün növ saç xəstəliklərinin USM(uzi) aparatı ilə müayinəsi və müalicəsini həyata keçirir.

Beynəlxalq təcrübəyə yiyələnmək, trixologiya sahəsində baş verən ən son yenilikləri mənimsəmək və özünü təkmilləşdirmək məqsədilə Türkiyə, Ukrayna,İtaliya, Rusiya kimi ölkələrdə konfrans ve seminarlarda iştirak edib.

Xatirə xanım qeyd edir ki, məqsədim bir trixoloq kimi təkmilləşib bu sahənin ən son yeniliklərini öz ölkəmdə tətbiq etməkdir. Çünki pasiyentlərin inam və sevgisini qazanmaq asan deyil.

Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan mükafatlandırma mərasimlərinin iştirakçısı olan Xatirə Şirəliyevanın elmi məqalələri Nazirlik tərəfindən hazırlanan “Sağlam Həyat Naminə” beynəlxalq elmi tibbi jurnalda dərc olunub.

Son zamanlar saç tökülməsində geniş istifadə olunan serumlardan danışan trixoloq qeyd etdi ki: “Həkim məsləhəti olmadan istifadə olunan serumlar problemin həlli yolu deyil. Unutmamalıyıq ki, öncə sağlamlıq, daha sonra gözəllik gəlir. Sağlam olan orqanizm gözəllik olur”.

Xatirə Şirəliyeva, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Successful Trichologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR