Talibanın “meqalayihəsi”:

Əfqanıstan Türkmənistanla sərhəddə yerləşən Bəlx vilayətində nəhəng “Kuştəpə” kanalının tikintisi layihəsi üzərində işləyir. Onun tikintisinin başlanması bir il əvvəl elan edilib. Yeni kanalın uzunluğu 285 km, eni 100 metr, dərinliyi isə 8.5 metr nəzərdə tutulur. Layihənin təxmini dəyəri isə nə az, nə çox 684 milyon dollar olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən MAMM Türküstan Araşdırmalar Departamentinin direktoru Rusif Məmmədsoy deyir ki, Kanal Bəlx, Cəuzcan və Fəryab əyalətlərində 3 milyon cerib ((1 cerib - 2000 kvadratmetr) ərazini suvaracaq və 250 minə yaxın insanı işlə təmin edəcək.


"Taliban hesab edir ki, layihə kənd təsərrüfatının inkişafına təkan verəcək quruyan rayonların sulanmasına kömək edəcək. İndi kanalın tikintisinə 6 mindən çox insan cəlb olunub. Lakin ortada ciddi problemlər də var. Əsas problem isə Özbəkistanla bağlıdır. Belə ki, özbəklər bundan olduqca narahatdır və haqları da var. “Kuştəpə” kanalı istifadəyə verildikdə rayonda suayrıcı ilə bağlı vəziyyət kəskin şəkildə pisləşəcək. Onlar hesab edir ki, əfqanlar Amudəryadan birgə istifadə ilə bağlı paydan artıq götürmək istəyir. Çünki məhz bu çay vasitəsilə həm Özbəkistan, həm də Türkmənistan kənd təsərrüfatında geniş istifadə edilir. Amma Türküstanda suyun əsas istehlakçısı məhz Özbəkistandır, onun əhalisi 34 milyon nəfərə çatıb və artmaqda davam edir. Bundan başqa, respublikada suyun 90 faizi kənd təsərrüfatında istifadə olunur".

Rusif Məmmədsoy onu da qeyd etdi ki, Kabil hakimiyyəti təkcə “Kuştəpə” kanalının tikintisi ilə kifayətlənmək niyyətində deyil. Onların başqa planı da var.

"Əfqanıstan Pyanc çayının yay axınının böyük hissəsini toplaya bilən Dəşt-i-Cun su elektrik kompleksini tikməyi planlaşdırır. Beləliklə, Taliban şimal transsərhəd çaylarının suyunun əsas payını almağa hazırlaşır".

Afganistan'daki 280 kilometrelik su kanalı projesinde ilk etap tamamlanıyor

Bəs vəziyyətdən çıxış yolu nədədir? Bu suala cavab olaraq ekspert saytımıza bildirdi ki, buradakı məsələlərin kökü keçmişə dayandığı üçün həlli də çətindir.

"SSRİ parçalanandan sonra Türküstanda sərhədlər elə bölündü ki, burada hər zaman münaqişədə var və olacaq da. Digər tərəfdən, Taliban hökuməti “Kuştəpə” kanalını daha da böyütmək istəyir. Fərqli alternativlər var, ancaq bu sadəcə Kabilin istəyinə uyğun deyil. Yəni bu, beynəlxalq normalarla tənzimlənməlidir. Digər tərəfdən də Qırğızıstan, Tacikistan kimi ölkələrin su problemləri olmasa da, Özbəkistanın bu məsələdə istisnadır. Bu ölkələrin əhalisi 35 -36 milyondur. Statistikaya əsasən dörd il ərzində əhali sayı 40 milyona çata bilər. Mərkəzi Asiyada suyun 90 faizi məhz kənd təsərrüfatında istifadə edir. Ona görə də bu problemin həlli bir qədər çətin məsələdir. Doğrudur, Mərkəzi Asiya ölkələrinin su problemi ilə bağlı görüşləri də keçirsələr də, perspektivdə mən hesab edirəm ki, onlar Əfqanıstan hökuməti ilə müəyyən razılıqlar əldə edə biləcəklər".

Afganistan'ın kuzeyinde su kanalı inşası: "Tarımsal bağımsızlığı sağlayacak"

Qeyd edək ki, ekspertlərin fikrincə,"Kuştəpə" layihəsinin həyata keçirilməsi Özbəkistan və Türkmənistanda təkcə iqtisadi və sosial problemlərə deyil, həm də bütün Mərkəzi Asiyada ekoloji fəlakətə səbəb ola bilər. Fakt budur ki, Amudərya təkcə Aral dənizinin quruması üçün deyil, həm də su anbarları və kanallar üçün əsas mənbədir. YUNESKO-nun dünya biosfer qoruqlar şəbəkəsinə daxil olan Aşağı Amudərya Dövlət Biosfer Qoruğu ilk zərbəyə məruz qalacaq. Məlumat üçün bildirək ki, Özbəkistan prezidentinin xarici siyasət üzrə xüsusi nümayəndəsi Əbdüləziz Kamilovun başçılıq etdiyi nümayəndə heyətinin Əfqanıstana səfəri zamanı Əfqanıstan baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Qani Baradar bildirib ki, Özbəkistan "Kuştəpə" kanalının tikintisi layihəsi üzrə Əfqanıstanla əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, tərəflər siyasi və iqtisadi məsələləri, həmçinin tranzit, dəmir yolu və enerji layihələrini müzakirə ediblər. Əbdül Qani Baradar vurğulayıb ki, son il yarım ərzində Əfqanıstan Özbəkistanla yaxşı siyasi və iqtisadi əlaqələr qurub. Onların bundan sonra da inkişaf edəcəyinə əmindir. Həmçinin o da məlum olub ki, layihənin birgə həyata keçirilməsi ilə Özbəkistan beynəlxalq hüquq normalarına uyğun olaraq Amudəryadan sudan istifadə hüququ əldə edəcək. Cavab olaraq Əbdül Qani Baradar Özbəkistan tərəfini əmin edib ki, layihənin başa çatması iki ölkə arasında münasibətləri gücləndirəcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR