Laçında şəhadətə ucalan Səbuhi...

Aprelin 11-də Ermənistan ordusunun təxribatının qarşısını alan zaman şəhid olan hərbçilərimizindən biri Tağıyev Səbuhi Gündüz oğludur.

Metbuat.az xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundandır. Səhubi Tağıyev 1998-ci ildə Şahbazın Badamlı qəsəbəsində anadan olub. O, Azərbaycan ordusunda MAXE (müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) kimi xidmət edirmiş.

Şəhidin cənazəsi bu gün ikinci reyslə Naxçıvana aparılacaq.

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

1233435


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR