Vəkil Zülfiyə Bayramova ilə aparıcı İlqar Mikayıloğlunun övladlığa götürdüyü 18 yaşlı gənc Əmrahı Vətən Müharibəsində şəhid olub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Zülfiyyə qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.

O qeyd edib ki, Əmrah Vətən müharibəsi zamanı Bakıda hərbi xidmətdə olub. Sonra isə o da cəbhə bölgəsinə göndərilib: "Bir gün xəbər gəldi ki, müharibəyə aparıblar, itkin düşüb. Arxasınca getdim, axtardım. Düşünürdüm ki, bəlkə taparam. Ancaq şəhid xəbərini verdilər".

Canlı efirində göz yaşlarını saxlaya bilməyən Zülfiyyə Bayramova Əmrahı övladlığa götürməyindən də söz açıb: "Atası Rusiyada yaşayırdı. Anası və bacısı ilə birlikdə qalırdı. 15 yaşında Bakıda kollecə daxil olmuşdu. Oğlum gəlib demişdi ki, bir oğlan var, otaq yoldaşları ilə yola getmir. Dedim gətir, onu bizə. Mən onu heç yerə buraxmadım. 15 yaşından qaldı yanımızda. Atası, anası ilə danışdım. İmkanları yaxşı deyildi. Evimdən əsgərliyə yola saldım. Övladlığa götürmüşdüm, oğlanlarım Nahid və Ceyhundan ayırmırdım. Onun gələcək planlarını belə övladlarımla bərabər qurmuşdum. Evdə hələ də onu axtarıram. Üç il üstündən zaman keçib. Əziz və doğma idi".

Zülfiyyə İlqarla övladlığa götürdüyü şəhiddən danışanda gözyaşlarını saxlaya bilmədi -

Qaynar xətt 0552252950