Laçında 22 yaşlı çoban minaya düşdü

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Bu barədə Metbuat.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.

Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR