Bakı, 3 iyun, AZƏRTAC
“Nikoil Bank” “NIKOIL | Səyahət” yay əmanət aksiyasına start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiya avqustun 31-dək əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilərə aiddir. Müştərilər əmanətlərini 16 faizədək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər. Eyni zamanda, müştərilər hər biri 1000 manat dəyərində olan 15 səyahət kuponunun oynanılacağı lotereyada iştirak hüququ qazanacaqlar. Lotereyanın unikallığı ondan ibarətdir ki, aksiyanın müddəti ərzində 3 tiraj keçiriləcək. Tirajların hər birində 5 səyahət kuponu oynanılacaq.
Qeyd edək ki, lotereyada bankın mövcud əmanətçiləri iştirak etmək hüququ əldə edir. Bunun üçün aksiya müddəti ərzində bankda olan mövcud əmanətin müddətini 50 faizədək artırmaq tələb olunur.