Təmir üçün çağırışa gedən usta faciəvi şəkildə öldü

Ağstafa rayonunda TIR-ı təmir edən usta faciəvi şəkildə ölüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rasim İsmayılov işlə bağlı Özbəkistan vətəndaşı Azam Usmonovun çağırışı əsasında onun idarə etdiyi “Mercedes Benz Actros” markalı TIR avtomobilini təmir etmək üçün Bakı-Qırmızı Körpü magistral yolun 491-ci kilometrliyinə gedib. Orada usta Bakı istiqaməti üzrə yolun kənarında dayanmış həmin yük avtomobilində nasaz olan hava yastığını təmir etmək üçün təkərlə yük yerinin arasında iş görən zaman hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalıb sıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR