"Kenquru" müsabiqəsinin nəticələri aprelin 26-da açıqlanacaq

Təhsil İnstitutunun təşkilatçılığı ilə II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

İnstitutdan Metbuat.az-a bildirilib ki, 86 mərkəzdə keçirilən müsabiqənin nəticələrini aprelin 26-dan etibarən ttm.edu.az saytında “Şəxsi kabinet”dən əldə etmək olar. Nəticələrə əsasən, I, II və III yerləri tutanlar diplom və medalla təltif ediləcək, digər şagirdlərə isə iştirak sertifikatı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR