“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva və əməkdaşları, həmçinin 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və müəllim-şagird heyəti iştirak edib.

Çıxış edənlər – Gülşən Orucova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs edərək, mövcud problemlərin həlli istiqamətində tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı