Rusiya-Ukrayna müharibəsi:

“Pekin Ukraynadakı münaqişəni həll etmək üçün yollar axtaracaq”.

Metbuat.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu açıqlamanı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib. Onun sözlərinə görə, Pekin üçüncü tərəfi hədəfə almaq böyük ölkələr arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşama kimi münasibətləri öncül bilərək qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

Rəsmi Kiyev Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümündə Çin prezidenti Si Cinpin müharibəyə son qoymaq üçün açıqladığı “sülh planı” versiyasını səmimi hesab etmir. Çünki həmin planda Moskvanın müharibəni başlatdığı göstərilmir.

Qeyd edək ki, Vaşinqton dəfələrlə Pekinə Moskvaya silah yardımı etməməsi barədə xəbərdarlıq edib. Öz növbəsində, Çin Xarici İşlər Nazirliyi müharibəni aparan tərəflərin heç birinə silah tədarük etməyəcəklərinə də əminlik ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR