Tatarıstanlı gənc biznes ledi Ainur Alizadə Azərbaycanda ilin ən yaxşısı seçildi

Müasir inkişaf standartları qadınları kişilərlə yarışmağa vadar edir. Bu gender balanslaşması özünü daha çox biznes sferasında büruzə verir.

Biznes dünyasının ambisiyalı xanımlarından biri də tatarıstanlı biznes ledi Ainur Alizadədir.

O, 10-dan çox şirkətin həmtəsisçisi, eyni zamanda Azərbaycanın adət-ənənələri və dəyərlərini təbliğ edən blogerdir. Bu sahədə uğurlu simalarından olan tatarıstanlı gənc biznes ledi bir çox logistika, konsaltinq şirkətləri ilə yanaşı, "Neopet" şirkətinin baş direktoru və "Standart-Plast" şirkətlər qrupunun rəhbəridir.

Rusiyada ən böyük "Pet" şüşə istehsalçılarından biri olan işgüzar xanım özünəgüvənli, məqsədyönlü siyasəti nəticəsində çoxsaylı uğurlara imza atıb.

Ainur Alizadə "Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Təşkilatının idarə heyətinin və "Tatarıstan Respublikasının İşgüzar Qadınları" təşkilatının üzvüdür.

Gənc biznes ledi 17-18 Mart 2023-cü il tarixlərində "Ritz Carlton" hoteldə baş tutan "Reputation Awards 2023" mükafatlandırma mərasimində "The İnnovative Entrepreneur of the Year" nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR