Putinin məşhur masası yenə müzakirə olundu -

Kreml Sarayında mühüm toplantı baş tutub.

Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedən Çinin müdafiə naziri Li Şanfu Prezident Vladimir Putin tərəfindən yüksək səviyyədə qarşılanıb. Görüş zamanı diqqətçəkən məqam isə 9 metrlik masa olub. Putinin daha əvvəl qonaqlarına tətbiq etdiyi 9 metr uzunluğundakı masa protokolu Li Şanfu ilə görüşdə pozulub və tərəflər cəmi 3 metr məsafədə əyləşib.

Qeyd edək ki, bir müddət əvvəl Moskvadakı görüş zamanı Putin fransız həmkarı Emmanuel Makronu iri masada əyləşdirirək, özündən uzaqda saxlamışdı. Rusiya bunu pandemiya şərtləri ilə əlaqələndirsə də, analitiklər bəyan etmişdi ki, Putin bu həmləsi ilə Qərblə münasibətini ortaya qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR